Azərbaycan Xalq Partiyasının bu kün keçirilən növbədənkənar qurultayında bu partiyanın sədri, keçmiş Baş nazir Pənah Hüseynin istefası qəbul olunub. Qurultay üzvləri həmçinin partiyaya yeni sədr də seçiblər.
"AzPolitika" xəbər verir ki, bu barədə Pənah Hüseyn özü məlumat verib.
"Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirildi. Qurultay Pənah Hüseynin istefasını qəbul etdi. Sadıqov Qiyas Böyükağa oğlu AXP sədri seçildi. Uğurlar!", - o sosial şəbəkədə yazıb.
"AzPolitika"




Şərhlər
Tarixi bir hadisə kimi qiymətləndirmək lazımdır.Pənah 30 ildən artıqdır ki ,Qiyasla birgədir.Onları nə birləşdirdiyini bilmirəm.Ümid edirəm ki. Pənahın gedişindən sonra televiziyalar bir az rahat olarlar., diskus
Az qala "1000 ilin " partiyasıdı,cəmi 5-10 qoca üzvü vareymiş.Pənah bəy də həmişə iddialı idi ki,iqtidara gələcək.Necə?Kiminlə?Bir para arada döyülməklərin sənə qaldı.
30 nəfərlə keçirilən "qurultay"dan bəlli olur ki, bu necə bir partiyadır. Yeni sədrin də üz gözündən xəstəlik, lap dəqiqi insulit tökülür, raması əyilmiş zaporojiyə bənzəyir. Adam ayaq üstə belə sola yıxılır...Görünür bu 30 nəfərin içərisində bir sağlam adam tapılmayıb. Partiyalarının böyük əksəriyyəti bu kimi, bəlkə də bundan betər vəziyyətdədirlər.