Menu

Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib

14.12.2025, 17:09
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib

Qobustanda yolların buz bağlaması zəncirvari qəzaya səbəb olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Gənci kəndi ərazisində qeydə alınıb.

Belə ki, hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə dəyib.

Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.

Şərhlər

Gülşən 2025-12-15 08:17:36

Gənci yox.Cəngi kəndi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol