Menu

Moskvaya qaçan Əsəd nə işlə məşğuldur? - Detallar məlum oldu

15.12.2025, 14:31
Moskvaya qaçan Əsəd nə işlə məşğuldur? - Detallar məlum oldu

Suriyada Baas rejiminin devrilməsindən sonra Moskvaya qaçan Bəşər Əsədin rus dilini öyrənmək və göz xəstəlikləri haqqında biliklərini yeniləmək üçün gizli şəkildə bir universitetə daxil olduğu iddia edilir

Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, universitetə yenidən qəbul olan Əsəd oftalmologiya üzrə kurslara başlayıb.

Əsədin əvvəllər oftalmoloq işlədiyini vurğulayan bir mənbə deyib: "Bu, onun işidir.  Məlumdur ki, onun pula ehtiyacı yoxdur. Gələcəkdə Rusiya elitasının üzvlərin göz müayinəsi üçün onun yanına belə gələ bilərlər".

Rejimin devrilməsindən sonra qaçan Əsədin hazırda Moskva ilə BƏƏ arasında sakit və təcrid olunmuş bir həyat sürdüyü iddia edilir. Adı açıqlanmayan iki mənbəyə görə, ailə Moskva elitasının yaşadığı Rublyovka rayonunda qalır. 2014-cü ildə Kiyevdən qaçan keçmiş Ukrayna lideri Viktor Yankoviçin də bu yüksək təhlükəsiz və gizli ərazidə yaşadığı iddia edilir.

Digər tərəfdən, xəbərlərdə Əsəd ailəsinin dəbdəbəli həyatına baxmayaraq, onun keçmiş çevrəsindən uzaqlaşdığı qeyd olunur. Kremlə yaxın mənbə Əsədin Putin və Rusiyanın elitası üçün əsasən əhəmiyyətsiz hala gəldiyini bildirir. 

"AzPolitika.info"

Şərhlər

ƏNHU 2025-12-15 22:39:21

Xalqının başına hansı oyunu aşırsan aç sonra da get hansısa bir ölkədə ömrünün sonuna qədər rahatca yaşa. Prezidentlərə bu haqqı kim verib? Bu nə anormallıqdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol