Menu

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

15.12.2025, 15:10
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 864 manat təşkil edib.

"AzPolitika" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 597 manat, özəl sektorda isə 2 045 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,9 %, özəl sektorda isə 13,2 % artıb.

Noyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % çoxdur.

Şərhlər

TARİX 2025-12-15 21:58:18

MÜTƏXƏSİSLƏRİN YOX SAHƏDƏN XƏBƏRİ OLMAYAN QOHUM ,RƏHBƏR İŞCİLƏRİN ƏMƏK HAQQI QALDIRILB.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol