Menu

İcra başçısının oğlu general-mayor oldu

15.12.2025, 15:22
İcra başçısının oğlu general-mayor oldu

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Seymur Taleh oğlu Qaraşova general-mayor ali hərbi rütbəsi verilib.

"AzPolitika"-nın "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Şərhlər

ƏNHU-dan Mübariz bəyə 2025-12-15 22:25:27

Xalq bu haqsızlığı götürür, ALLAH götürməsin.

Mubariz 2025-12-15 17:14:18

Bədbəxtçiliyimizi hamı çılpaqlığı ilə görür ,« generalların » hamısı « kasıb » uşaqlarıdır .Müharibə zamanı kasıblar Şəhid oldu ,oğru məmurların evladları « general » oldu

Sosialist 2025-12-15 17:02:07

Icra bascisinin oqlubolmamis kim olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol