Menu

Hərbiçi övladı Aylaya dəstək olun! - Valideynlər kömək istəyir

15.12.2025, 16:06
Hərbiçi övladı Aylaya dəstək olun! - Valideynlər kömək istəyir

Anadangəlmə beta talassemiya xəstəliyindən əziyyət çəkən azyaşlı Ayla üçün ailəsi yenidən ictimaiyyətə müraciət edib. Hərbiçi ailəsinin övladı olan Ayla üçün artıq 6-cı dəfə genetik tüp-bebek (IVF) müalicəsinə başlanılması planlaşdırılır.

Valideynlərin bildirdiyinə görə, indiyədək aparılan müalicələr nəticə verməyib və bu yol həm maddi, həm də mənəvi baxımdan son dərəcə ağırdır. Ailə qızlarına sağlam gələcək bəxş etmək üçün mübarizəni davam etdirmək niyyətindədir, lakin bunun üçün ictimai dəstəyə ciddi ehtiyac var.

“Bu, bizim üçün sadəcə bir müalicə deyil, Aylanın yaşamaq və sağlam gələcəyə sahib olmaq ümididir. Hər bir dua, paylaşım və kiçik maddi dəstək bizim üçün böyük anlam daşıyır”, – deyə valideynlər bildirir.

Qeyd olunur ki, Aylanı ziyarət etmək istəyənlər istənilən vaxt ailə ilə əlaqə saxlayaraq onu görə bilərlər.

Dəstək məlumatları:

ABB kartı: 5522-0993-6268-0530
(Narmina Səmədova – uşağın anası)

Əlaqə nömrəsi: 055 435 47 30 (valideyn)

Ailə xahiş edir ki, ianə edən şəxslər ödəniş çeklərini rəy bölümündə paylaşsınlar.

Ayla üçün mübarizə davam edir. Ailə ümid edir ki, cəmiyyətin dəstəyi ilə bu dəfə müalicə uğurla nəticələnəcək.

#AylaÜçün #ÜmidVar #DəstəkOl #BirlikdəGüclüyük

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2025-12-15 22:09:17

ALLAH sənə şəfa versin, səni yaşıdlarından kənarda qoymasın.

Rrr 2025-12-15 21:55:11

Milyonnari yeyenler hara baxir?Taleyinizden qaca bilmessiz !!!

Sosialist 2025-12-15 17:01:10

Milyardlari xortumlayanlar komek olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol