Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

"AzPolitika"-nın verdiyi məlumata görə,“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilən daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. 

O, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

“General-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərhad Nəriman oğlu Səmədov isə FHN-in baş hərbi ekspertidir. O, daha əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

“General-mayor” olan polkovnik Seymur Taleh oğlu Qaraşov isə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir. O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır. 

O, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.