Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kənar əşyalar da çantaya qoyulanda belə hallar yaranır.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.
Onun fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil. Nazirin fikrincə həmin çantanı yükləyən tərəf nazirlik deyil: "Bizim edəcə biləcəyimiz o olub ki, əvvəl dərsliklər birillik hazırlanırdısa, hazırda yarımillikdir. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik".


Şərhlər
Salam.Əgər sizin dərsliklərinizlə uşaq öyrətmək mümkün olsaydı inanın ki, heç bir müəllim əlavə vəsaitdən istifadə etməzdi.Valideyinlər isə kitab dalınca məktəb ləvazimatları dükanlarında qalmazdılar. Uşaqlarda bu yükü məktəbə daşımaq məcburiyyətində qalmazdılar.
Bəs yüzlərlə test kitabı çıxaraq KSQ və BSQ lərdə kitablardan heçnə salmayaraq, müəllimləri test kitabı almağa təşvik edən kimdi?
Nazir haqlldır.Məktəbdəki müəllimlərlərdədir günah.Dərsliklərnən dərs keçmirlər,əlavə test kitabları tələb edirlər
Sizin mən... Nəysə
Lerikdə elə məktəb var hələdə orda bəzi ibtidai sinflərdə uşaqlara bəzi fəndlərdən dərslik kitabları verilməyib
Nazirlik neye lazim ? Eyer onnarin problemi deyilse,,,,
"Evrika!!!" Emin müəllim yenə gül ağzını açdı, təhsilimizin darmadağın olmasının səbəbini və səbəbkarın kəşf elədi...millət də gülməkdən altını islatdı... Okazıvaetsa çantanı yükləyən anıyanmış Fatmanisə xalaymış. Vallah bu nazir milləti qoyun yerinə qoyub, dolayıb ... Təzədən e Emin müəllim
Mən sizin fikrinizlə razıyam