Menu

Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

16.12.2025, 12:59
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən şikayət təmin olunmayıb.

Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Əjdər Ol 2023-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb.

Şərhlər

Tahir 2025-12-16 14:49:22

Əjdəri yaxından tanıdığım üçün deyirəm ki, onun əməlləri verilən cəzaya adekvat deyil, daha ağır olmalı idi. Onun insanlıqdan payı yox idi. DSMF- ona Əjdər Öl təxəllüsü qoymuşdular ki, bu təsadüfü deyildir. Səlimi də yoldan çıxaran Əjdər olmuşdu. Mən təəccüb edirdim ki, bel iyrənc xarakterli adam necə şeir yazırdı..

Məhəmməd 2025-12-16 13:02:41

Belə cinayətkarları son günə kimi həbsdə saxlamaq lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol