Menu

Kreml Putinlə Tramp arasında yeni telefon danışığının olduğunu təsdiqləməyib

16.12.2025, 14:10
Kreml Putinlə Tramp arasında yeni telefon danışığının olduğunu təsdiqləməyib

Kreml Putinlə Tramp arasında yeni telefon danışığının olduğunu təsdiqləməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə sonuncu dəfə Rusiya və ABŞ liderlərinin bu ilin oktyabr ayının 16-da telefon danışığı apardıqlarını söyləyib.

Kremlin sözçüsü həmin vaxtdan sonra Putin və Tramp arasında telefon danışığı olmadığını söyləyib.

Qeyd edək ki, dünən ABŞ mətbuatı prezident Trampa istinadən Putinlə yeni telefon danışığının olması haqqında məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol