Menu

Erməni vitse-spiker rəsmi Moskvaya cavab verib

16.12.2025, 14:30
Erməni vitse-spiker rəsmi Moskvaya cavab verib

TRIPP layihəsində Rusiya tərəfinin iştirakı ilə bağlı İrəvanla heç bir müzakirə aparılmır.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib.

“Müzakirəyə hazır olduqlarını bilmək sevindiricidir, amma nəyin müzakirəsi? Belə müzakirələr yoxdur”, — o vurğulayıb.

Rubinyan layihədə Rusiya şirkətinin mümkün iştirakı ilə bağlı suala isə belə cavab verib: “Nəzəri suallara cavab vermirəm”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, Rusiya tərəfi “Tramp marşrutu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol