Menu

Moskvada qətlə yetirilən uşağın milliyyəti bilindi - Qatil uşaqdan hansı millətdən olduğunu soruşub

16.12.2025, 17:06
Moskvada qətlə yetirilən uşağın milliyyəti bilindi - Qatil uşaqdan hansı millətdən olduğunu soruşub

Xəbər verildiyi kimi, Moskva vilayətinin Odintsovo şəhərində yeniyetmə məktəblərdən birinə hücum edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, 9-cu sinif şagirdi olan yeniyetmə mühafizəçini və 10 yaşlı 4-cü sinif şagirdini bıçaqlayıb. Uşaq aldığı yara nəticəsində ölüb.

Məlum olub ki, 15 yaşı olan qatil qatı şovinist, millətçi hərəkatın üzvüdür. Qətli törədən yeniyetmə hadisəni telefonuna çəkib və şəxsi Telegram kanalında paylaşıb. 

Videoda o, bir qrup şagirdə yaxınlaşaraq onlardan soruşur: "Milliyyətiniz nədir?".

Məlum olub ki, qətl milli zəmində həyata keçirilib. Belə ki, "Ostorojno Novosti"nin məlumatına görə, hücumdan əvvəl qatil uşaqdan etnik mənsubiyyəti barədə soruşub. Qətlə yetirilmiş oğlan isə tacik ailəsindən olub. Qatil uşağı sadəcə, qeyri-rus olduna görə öldürüb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol