Menu

Haaqada Ukrayna üzrə İddialar Komissiyası fəaliyyətə başlayıb

16.12.2025, 17:01
Haaqada Ukrayna üzrə İddialar Komissiyası fəaliyyətə başlayıb

Haaqada Ukrayna üzrə İddialar Komissiyası yaradılıb.

APA xəbər verir ki, bu barədə Niderland Krallığının xarici işlər naziri David van Veel bildirib.

“İddialar Komissiyasının rəsmi olaraq fəaliyyətə başlaması Ukrayna üçün ədalətin bərpası istiqamətində mühüm addımdır.

Niderland Krallığı adından Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa, Avropa İttifaqı Şurası və Avropa tərəfdaşlarının iştirakı ilə konvensiyanı imzaladım.

İddialar Komissiyası Rusiyanın təcavüzünə görə kompensasiya mexanizminin ikinci sütununu təşkil edir və 2023-cü ildə Haaqada yaradılmış Zərər Reyestrinə əsaslanır. Bu gün biz həmçinin İddialar Komissiyası üçün ev sahibi ölkə kimi çıxış edəcəyimizi elan etdik”.

Şərhlər

B.Qarabağlı 2025-12-16 20:32:05

BMT öz hüquqi təsisatları, Nizamnaməsi, Beynəlxalq Sülh (təhlükəsizlik-toxunulmazlıq) prinsiplərinə istinadən Sülsevər dövlətlər, digər qüvvətlərlə birgə hər hansı, xüsusilə hərbi təcavüz və müharibənin operativ-kəskinliklə dəf edə, ya qəti müdafiəni təmin edə bilər? Digər hal və ağır faciəli nəticələrin gələcəkdə təkrarlanmaması üçün məsul vəzifəli şəxslərin ciddi mahakiməsi (DQMVdə) vacib deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol