Menu

Yeni ildə qar yağacaq – Proqnoz

26.12.2014, 15:42
Yeni ildə qar yağacaq – Proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bayram günlərində gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

Departamentdən lent.az-a verilə n məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur.

Havanın temperaturunun səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yanvarın 01-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 01-də hava şəraitinin əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol