Menu

Sabah Culfada üç saat işıq olmayacaq

17.12.2025, 18:15
Sabah Culfada üç saat işıq olmayacaq

Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasilə olacaq.

"Report"un yerli bürosunun məlumatına görə, Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 №-li (Neftibaza–FHN) və 7 №-li (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də saat 10:00-dan 13:00-dək Culfa şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.

Şərhlər

Şahin 2025-12-17 21:29:03

Sumqayıt

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol