Pakistan ordusu “Taliban” terror təşkilatının bir neçə gün əvvəl Peşəvər vilayətindəki kadet məktəbinə silahlı hücumu təşkil edən əsas komandirlərindən birini məhv etdiyini açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Pakistan təhlükəsizlik qüvvələrinin rəsmisi keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, Səddam adlı “Taliban” komandiri Camrud rayonunda keçirilən əməliyyatda öldürülüb, onun adamlarından biri yaralı ələ keçib.
Səddam Peşəvərdəki məktəbə hücumu təşkilində əsas rol oynayıb. Bu hücum zamanı 150-dən çox məktəbli qətlə yetirilib. Hücum 4 “Taliban” silahlısı tərəfindən həyata keçirilib.


Şərhlər