Menu

“Qafqazlılardan nümunə götürün” - Putin ruslara səsləndi

20.12.2025, 20:45
“Qafqazlılardan nümunə götürün” - Putin ruslara səsləndi

“Gənclər ailə qurmalı, uşaq sahibi olmalı və maddi vəziyyətlərinin yaxşılaşmasını, təhsil almağı və sairəni sonsuza qədər gözləməməlidirlər".

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin dünən ilin yekunlarına dair canlı yayımda deyib.

O, bütün rusların Qafqaz xalqlarından nümunə götürməli olduğunu qeyd edib: "Onlar övladlarını kifayət qədər erkən yaşda evləndirirlər ki, bu, həqiqətən də doğrudur və biz də onların nümunəsini izləməliyik. Ramzan Kadırovun böyük ailəsi, çoxlu uşağı var və onlar erkən yaşda evlənirlər. O deyir ki, bu, bir ənənədir və bu, əladır".

Qeyd edək ki, Rusiya xeyli vaxtdır ciddi demoqrafik problemlər yaşayır. Rəsmi statistikaya görə, ölkə əhalisinin sayı durmadan azalır. Müharibə başlayandan sonra isə bu proses daha da sürətlənib.

“AzPolitika.info” 

Şərhlər

Elxan Tebrizi 2025-12-21 12:17:58

Allah eləyə zoparklarda nümunələri qala ivanların

Tahir 2025-12-20 22:59:22

Ələ bambılı qafqazlı olmaq və ya qafqazlı kimi zad eləmək bir əmrlə olmur. ..

Rasim 2025-12-20 22:40:45

Bu məsələdə Putin çox haqlıdır. Bizdə də Ailə, Qadın Komitəsi bu məsələyə baxışını dəyişdirməlidir. Xüsusilə də rayon, kənd yerlərində kənd təsərrüfatı ilə məşğul olan insanlar tez evlənməli, iş həyatına erkən başlamalıdır. Əhalinin sayı da artmalıdır.

İsmayıl Xələfov 2025-12-20 19:12:52

Müharibəni tez-tez eləsin. Əhali artacaq.

Zaur 2025-12-20 15:20:14

Bu qeder etinasizliq, xalqi saymamazliq olar? Bu guya bilmir ki, aile qurmaq ve saxlamaq úçun normal maaş , sosial teminat , ev lazimdir. Ele Azerbaycanda da beledir. Bele diktatorlar heç vaxt xalqi saymaz ve düşunmezler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol