Menu

Elza fikrini qətiləşdirdi: "Namizədliyimi verəcəm"

26.12.2014, 17:36
Elza fikrini qətiləşdirdi: "Namizədliyimi verəcəm"

Əməkdar artist Elza Seyidcahan gələn il keçiriləcək millət vəkili seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu günlərdə məsələ ilə bağlı fikrini qətiləşdirib və millət vəkili olmaq üçün lazım olan addımları atacaq:

“Mənim millət vəkili olmaq istəyimlə bağlı olan açıqlamam müzakirələrə səbəb oldu. Bir çoxları fikrimi tənqid etsə də, məni dəstəkləyənlər çox oldu. Madam ki, fikrim bu cür reaksiya, münasibət doğurdu, onda məni gözləsinlər. Növbəti seçkilərdə mandat üçün namizədliyimi irəli sürəcəm. Artıq qərar verdim. Fikrim qətidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol