Menu

Bağırov polkovniki rəisi vəzifəsindən azad etdi - Bəhramovun nəvəsi təqaüdə göndərildi

23.12.2025, 21:08
Bağırov polkovniki rəisi vəzifəsindən azad etdi - Bəhramovun nəvəsi təqaüdə göndərildi

Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi vəzifəsindən azad edilib.

"AzPolitika"-nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük polkovniki Bəhramov Tofiq Bəhmən oğlu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.

Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol