Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.
APA xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.
Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.
Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.
“Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı”, – deyə Dibeybe bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





***
Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.
Qeyd edilib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.
Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
"HaberGlobal" hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.


Şərhlər