Menu

Ukraynada Türkiyəyə məxsus gəmi vurulub? - Açıqlama

24.12.2025, 12:27
Ukraynada Türkiyəyə məxsus gəmi vurulub? - Açıqlama

Sosial mediada Qara dənizdə Türkiyə ticarət gəmisinin vurulduğu iddia edilən görüntülərlə bağlı rəsmi açıqlama yayılıb. 

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi sözügedən məzmunun həqiqəti əks etdirmədiyini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını açıqlayıb. Bunun yeni bir hücum kimi təqdim edilməsinin ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığı qeyd edilib.

Bəyanatda yayılan görüntülərin 13 dekabr 2025-ci ilə aid olduğu açıqlanıb. 

Qurum rəsmi orqanlar tərəfindən təsdiqlənməmiş naməlum mənbələrdən şəkillər və məzmun paylaşmamağın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol