Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi yenilənmiş 20 maddəlik sülh planını qəbul etməyib. Kreml sənədin dəyişdirilməsində israrlıdır və danışıqlar zamanı qarşılıqlı tələblər irəli sürmək niyyətindədir.
"AzPolitika" bildirir ki, bu barədə 24 dekabr tarixində "Bloomberg" agentliyi Rusiya rəhbərliyinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Moskva təqdim olunan sənədi gələcək danışıqlar üçün yalnız “başlanğıc nöqtəsi” kimi dəyərləndirir. Kreml hesab edir ki, plan Rusiyanın prinsipial saydığı bir sıra məsələləri əhatə etmir və mühüm suallara cavab vermir.
Xüsusilə, Rusiya Ukrayna Silahlı Qüvvələrinə dair məhdudiyyətlərin daha sərt şəkildə müəyyənləşdirilməsini tələb edir.
"Bloomberg"in mənbəsinə görə, Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair hüquqi zəmanətlərin verilməsini, eləcə də Ukraynanın Avropa İttifaqına üzv olacağı təqdirdə onun neytral statusunun rəsmi şəkildə təsbit edilməsini istəyir. Mövcud layihədə isə yalnız Ukraynanın nüvə silahından azad statusu qeyd olunur.
Bundan əlavə, Kreml müharibədən sonrakı dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayına qoyulan məhdudiyyətləri kifayət qədər sərt hesab etmir. Layihəyə əsasən, sülh şəraitində ordunun sayının 800 min nəfərlə məhdudlaşdırılması nəzərdə tutulur ki, Moskva bunu qəbuledilməz sayır.
Rusiya tərəfi, həmçinin Ukraynada rus dilinin statusuna dair konkret təminatlar, Qərbin tətbiq etdiyi sanksiyaların ləğvi və xaricdə dondurulmuş Rusiya aktivlərinin taleyi ilə bağlı məsələlərin də aydın şəkildə tənzimlənməsini tələb edir.
Rasim
"AzPoltika.info"

Şərhlər
Ukrainani ishqal etse,,,,,,, yaxin qonshularida bu aqibet qözleyecek)
Zelenski bu sülh planının bəndləri ilə nə dərəcədə razılaşar deyə bilmərəm, amma düşünmürəm Rusiya bu bəndlərin bəzilərinə getsin. Müharibənin ilk günlərindən dəfələrlə qeyd etmişik ki, Rusiya bu müharibəyə məqsədli şəkildə başlayıb.. Burada da məqsəd o olmayıb ki, bəzilərinin qeyd etdiyi kimi, Rusiya Ukrayna topraklarını zəpt etsin. Rusiyanı əsas məqsədi, Zelenski və onun sələfləri tərəfindən zamansız göz ardı edilmiş (xüsusən də NATO -ya girmek məsələsində), öz regonal maraqlarını təmin etməkdən ibarət olub və bu da kifayyət qədər Kremlin sözçüləri tərəfindən səsləndirib. Bütün baş verənlər onu deməyə əsas verir ki, Ukraynada müharibə Zelenskinin getməsi və onun yerinə Rusiyanın adamının seçilməsi ilə sonlandırılacaq. Yoxsa bu dörd ilə yaxın bir dövr ərzində, Rusiya itirdiyi bunca vəsaiti, texnikanı və canlı qüvvəni ( kifayyət qədər böyük rəqəmlərdir bunlar) yok saya bilməz. Hələ dünyadakı nüfuzunu da demirik. Nə yazıq ki, Amerika başda olmaqla Qerb gec də olsa bunu anlamağa başladılar və ona görə də Ukrayna qonusunda Rusiyanın üzərinə çox gedə bilmirlər. Hansı ki, sayın Erdoğan müharibənin ilk günlərində onlara xitabən dedi ki, “təssüf ki, Qerb Rusiyanın gücünü çox hafifə aldı”. Tarixdən o da bəllidir ki, zamansız qərarların sonu həmişə amansız olub. İnşallah yaxın zamanda Ukraynaya sülh gələr. Allah ukraynalıların yardımçısı olsun.