Menu

Sabiq nazirin dövlətə milyonlarla borcu var

25.12.2025, 20:52
Sabiq nazirin dövlətə milyonlarla borcu var

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.

"AzPolitika"” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb.

Bildirilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var.

Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur.

2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb. “Improtex” qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.

Şərhlər

Kohne 2025-12-26 09:16:54

IMPRATEX GŎZE GŎRŮNEN,DAIM ŠEFFAF FEAL INKIŠAF YOLU KEÇMIŠ HER EZIYYETE QATLANMIŠ.ADINI UCALTMIŠ BIR ŠIRKETDIR.....ALLAH KERIMDIR...DŮZELER !

Rr 2025-12-26 02:21:57

Sade adamin 5/10 azn borcu olanda , anasin aqlatirlar(((

Bəhram 2025-12-25 20:47:48

AzSovet dönəmində Gəlir Vergisi, idxal+ixrac rüsumla alacaq G

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol