Menu

Partiya sədrinin oğlu hakim oldu - Xətai Rayon Məhkəməsində çalışacaq

25.12.2025, 20:54
Partiya sədrinin oğlu hakim oldu - Xətai Rayon Məhkəməsində çalışacaq

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadənin oğlu hakim təyin olunub.

“AzPolitika” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunan yeni hakimlərin arasında Orxan Əlizadənin də adı var. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.

Qeyd edək ki, Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri deputat Zahid Orucun müavinidir. Onun 3 övladı var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol