Yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla yüksək səviyyəli görüş üçün razılıq əldə edilib.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə səhifəsində yazıb.
"Rustem Umerov Amerika tərəfi ilə əlaqələr barədə məlumat verib. Bir gün də boşa sərf etmirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə - Trampla görüşə razılaşdıq. Yeni ilə qədər çox şey həll oluna bilər. Ukraynaya eşq olsun!" - deyə Zelenski bildirib.
Bu arada “Kyiv Post” qəzeti diplomatik mənbələrə istinadla xəbər verib ki, Zelenskinin ABŞ səfəri 28 dekabrda baş tuta bilər.
“AzPolitika.info”

Şərhlər