Rusiya Ukraynanın öz ərazilərində referendum keçirə bilməsi üçün sülh müqaviləsi bağlanana qədər atəşkəsə razıdır.
“AzPolitika” xəbər verir ki, bu barədə özəl məlumatları ilə tanınan nüfuzlu "Axios" nəşri xəbər yayıb.
“Axios” xəbər verir ki, Rusiya Ukraynanın məlum ərazilərlə bağlı referendum keçirməsinə imkan vermək üçün sülh razılaşması əldə olunana qədər atəşkəsə razılıq verib. Nəşr yazır ki, bir gün əvvəl ABŞ Prezidentinin elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna və Rusiya nümayəndələri ilə iki ayrı söhbət aparıblar. Danışıqlarda Rusiya tərəfini Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təmsil edib.
Hər iki ölkənin rəsmilərinin sözlərinə görə, müqavilənin əksər parametrləri, o cümlədən Ukraynanın ABŞ və Avropadan alacağı gözlənilən təhlükəsizlik zəmanətləri artıq Vaşinqton və Kiyev arasında razılaşdırılıb.
Yüksək vəzifəli ABŞ rəsmisi təsdiqləyib ki, ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri sənədini təsdiq üçün Senata göndərməyə hazırdır. Əsas maneə Rusiyanın istənilən müqavilə çərçivəsində Donbasın bütün ərazisi üzərində nəzarət tələbidir.
Bundan əlavə, “Axios”-a görə, ABŞ tərəfi müqaviləni təsdiqləmək üçün atəşkəs ideyasını dəstəkləyir, lakin bunun lojistik cəhətdən həyata keçirilməsinin çətin olacağını vurğulayır.
Mənbənin məlumatına görə, öncə yekun müqavilənin imzalanmasından əvvəl atəşkəsə qarşı çıxan Kreml referendum üçün atəşkəsə razılıq verib. Ancaq nəşrin yazdığına görə, Ukrayna 60 günlük atəşkəsdə israr etsə də, Rusiya daha qısa müddət tələb edə bilər.
“AzPolitika.info”

Şərhlər
Rusiyaanın, o feferendumun nəticəsi xeyirinə olmasa sanmıram Rusiya bu atəşkəsə razılaşsın. . Çünki, Rusiyanın ilk gündən marağı Zelenskinin gedib, yerinə Rusiyaperest birinin gətirilməsidir.
Sanmıram. Çünki, Rusiya o referendumun nəticələrini öz xeyirinə görməsə buna getməyəcək. Təbii ki ilk gündən Rusiya maraqlıdır ki, Zelenski, gertsin onun yerinə Rusiyapərəst biri gətirilsin. Yoxsa Ukrayna toprakları Rusiya üçün bir təfərrüatdır.
Ərazisinin 20 faizi işğa edilmiş bir ölkədə necə referendum keçirmək olar? Mümkün deyil, Müharibə bitməyincə heç bir seçki prosesi həyata keçirmək absurddur
Предварительно поздравляю всех граждан братской РФ и Украины! Думается в дальнейшем всё решиться мирно? Референдум, по всем территориям Украины ответить Кремлёвскому спросу-необходимости денацификации.