Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur. Əmlakçıların sözlərinə görə, hazırda bazarda qiymətlər orta hesabla 10 faiz artıb.
"Keçən il Nərimanov rayonunda 210 min manata satılan mənzillərin qiyməti indi 250 min manatdır. Süni qiymət artımıdır, ölkədəki bahalaşma ilə əlaqəsi yoxdur", - deyə mövzu ilə bağlı açıqlamasında makler deyib.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qiymət artımı əsasən ipoteka şərtlərinə uyğun olan mənzillərdə müşahidə edilir. Onun sözlərinə görə, sahəsi böyük olan mənzillərdə son beş ay ərzində ciddi qiymət artımı qeydə alınmayıb.
Ekspert əlavə edib ki, şəhər daxilində aparılan abadlıq və söküntü işləri, xüsusilə köhnə və fərdi yaşayış evlərinin plana düşməsi bir çox vətəndaşların Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu amil isə paytaxta yaxın qəsəbə və kəndlərdə mənzillərə tələbatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.
Daha ətraflı Baku TV-nin süjetində:

Şərhlər
Xalqın artan mənzil tələbatını ödəyəcək Mənzil tikintisi Yeni Özəl dövrün ictimai ən faydalı fəaliyyəti olmaqla, tezliklə banklardan daha çox sərmaya çıxarıb, ərazi, mənsəb və mənzil təminatçısı olmaqla yanaşı alayarımçıq, normativlərdən kənar və digər saxtakarlıqlara da meyl edən quplaşmalara çevrilənləri də az deyil? Mənzil, ailənin məskunlaşa biləcəyi hazır məkan deyilmi? Ərizəçi, ya sifarişçiyə neçə ay, gün, ya ildən sonra təqdim edilməlidir? Digər zamana hansı təzminatlar var? Yoxsa, bu öhdəçiliyin də dəqiq-səhih icrası, ya təzminatı BMT, NATO, ya MDBdən asılıdır?