Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən keçirilməsinin qarşısı alınıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




Şərhlər
Bir kendin kömrükcüleri)))))
A kişi, bu mallar Xırdalana bəlkə, göydən düşüb?
bu siqaretlər gömrükdən necə keçirilib ki gəlib xırdalanda tutulub ?
Xirdalana parashütnen atiblar ?
Gömrük komitesınde bu sedrden qabaq ondan da "qat qat savadlı serişteli SEDRler" işleyib görün onlar ne xaruqeler yaradıblar ve niz millet de bu memurlara taleyimizi etibar etmişik yeni "Hesenağanın" qohum eqrebasına.Allah bu millete sebr,temkin versin.