Menu

QAR YAĞACAQ, 15 DƏRƏCƏ ŞAXTA OLACAQ - Sabahın havası

28.12.2025, 21:29
QAR YAĞACAQ, 15 DƏRƏCƏ ŞAXTA OLACAQ - Sabahın havası

Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, Qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Şərhlər

Səma 2025-12-30 19:56:57

Azərbaycan

Məryəm 2025-12-30 18:52:32

Bakıda yanvarın 2-si yağış yağacaq.

Yusuf 2025-12-30 00:53:38

Astara Şəhəri

Yusuf 2025-12-30 00:51:52

ASTARA

Məryəm 2025-12-29 18:45:32

Bakı şəhəri

Telli 2025-12-29 18:31:57

Sabunçu

Emin 2025-12-29 17:14:00

Başıvız batsın

Ferid 2025-12-29 16:25:29

Sumqayıt şəhər

Zəhra 2025-12-29 16:16:44

Sabirabad

Rasim 2025-12-29 13:48:44

Oğuz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol