Türkiiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Hasan Şeyx Mahmudu qəbul edib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Hər iki ölkənin lideri arasında regional məsələlər və əməkdaşlığın müzakirə olunacağı gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında XİN rəhbəri Hakan Fidanın somalili həmkarı Abdislam Abdi Ali ilə görüşdüyü barədə məlumat da yayılıb.
https://x.com/TC_Disisleri/status/2006001804887351448?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2006001804887351448%7Ctwgr%5E7559a8b7cebb4e606f1f11014d4869a7b6e71374%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Ferdogan-somali-prezidenti-ile-gorusub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Hasan Şeyx Mahmud ikitərəfli görüşdən sonra mətbuata birgə bəyanatında bildirib ki, Türkiyə Somalinin suverenliyi və təhlükəsizliyini bundan sonra da dəstəkləyəcək.
Türkiyə Prezidentinin "X" hesabında canlı yayımlanan mətbuat konfransında Ərdoğan bildirib ki, Somalinin yenidən ayağa qalxmasını istəməyənlərin təxribatlarına rəğmən, təhlükəsizlik baxımından ölkənin vəziyyəti normallaşıb.
"2011-ci ildə quraqlıq səbəbilə Somaliyə yardım kampaniyasına başladıq. Bütün dünyanın Somalidən ümidini kəsdiyi bir dövrdə Türkiyə bu ölkəyə qardaşlıq əli uzadıb", - o qeyd edib.
Türkiyə Prezidentinin sözlərinə görə, 2026-cı ildə Somali ilə diplomatik əlaqələrin 60 illiyi qeyd olunacaq.
"Türkiyə hərbçilərinin təlim keçdiyi Somali ordusunun terrorla mübarizədə son dövrlər nailiyyətlər əldə edildiyi müşahidə olunur. Verdiyimiz dəstəklə terrora qarşı Somalinin yanında olduğumuzu göstərdik" , - Ərdoğan vurğulayıb.
https://x.com/RTErdogan/status/2006024660756873240?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2006024660756873240%7Ctwgr%5E673455bd695dbe4d4343088f617e95258bbb19f7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Ferdogan-turkiye-somalinin-suverenliyi-ve-tehlukesizliyini-bundan-sonra-da-destekleyecek

Şərhlər