Menu

“İŞİD” liderindən biri Mosulda öldürüldü

27.12.2014, 09:06
“İŞİD” liderindən biri Mosulda öldürüldü

“İŞİD” terror qruplaşmasının liderlərindən biri Həsən Səid əl-Cəburi hava zərbəsi nəticəsində öldürülüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, terrorçu Mosul şəhərinin yaxınlığında məhv edilib.

Qeyd edək ki, bir ay əvvəl “İŞİD”in Mosuldakı digər lideri Radvan Talib Əl-Həmduni hava hücumları zamanı həlak olmuşdu.

Bundan əvvəl, beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in İraq və Suriyadakı mövqelərinə 31 hava zərbəsi endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol