Menu

"BUNDAN SONRA BAŞ REDAKTOR KİMİ İŞLƏYƏCƏM" - Misir Mərdanov

31.12.2025, 17:22
"BUNDAN SONRA BAŞ REDAKTOR KİMİ İŞLƏYƏCƏM" - Misir Mərdanov

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirmiş olub.

"AzPolitika" xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov bundan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə Modern.az saytına açıqlama verib.

Eks-nazir bildirib ki, görüləsi işlər çoxdur: "Mən Bakı Dövlət Universitetində Ali riyaziyyat kafedrasının müdiriyəm, planlarım çox genişdir, elmi tədqiqatlarımı və riyaziyyatın tədrisi metodikası istiqamətində işlərimi davam etdirəcəyəm. Eləcə də ölkəmizdə və beynəlxalq aləmdə yüksək nüfuzu olan, baş redaktoru olduğum AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi əsərlər" jurnalının işlərinə rəhbərliyimi davam etdirəcəyəm. Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"

Şərhlər

Cəmşid Dərələyəzli 2026-01-02 10:31:01

Bu adam heçmi ayıb bilmez. Bütün günü özünü sanki böyük bir adammış kimi reklam edir. Təhsili zamnında heç etdin. Alimliyin də Xırdalandan o tərəfə keçmir. Zaten Bakı da belə bunda səni tanıyan yoxdu. Sadəcə biyabırçılıq.

Tahir 2025-12-31 23:50:13

Dəqiq deyə bilmərəm amma ehtimal edirəm ki, Mehdizadə və ondan sonra qismən Lidiya Rəsulovadan sonra bəlkə də siz nəsə edə bilərdiniz. Sanki istəyirdiniz amma sistem tamamilə o sistem deyildi deyə yaxşı olmaq imitasiya sondan uzağa gedə bilmədiniz. Mövcud sistem mədəniyyətin, təhsilin, səhiyyənin və ümumiyyətlə hər şeyin əzyayılıdır və Eynşteyn olsa belə düzələn deyil..

Amon 2025-12-31 23:17:28

Bunun ne qeder vezifesi var camaat 1 is yeri tapa bilmir

Oxucu 2025-12-31 21:36:40

Misir müəllim sizə işləməyə ehtiyac yoxdur, çünki hamsısı bir yana siz yüksək səviyyədə aylıq pensiya alırsınız!

Безполитика 2025-12-31 21:20:05

Кресло для таких людей, враждебный чле

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol