Menu

Girovlar azadlığa qovuşdular

27.12.2014, 09:10
Girovlar azadlığa qovuşdular

Donetskdə hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında girov mübadiləsi baş tutub

Ukraynanın Donetsk vilayətində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında girov mübadiləsi baş tutub.

ANS PRESS-in məlumatına görə, ölkənin təhlükəsizlik xidməti əməliyyat zamanı 146 ukraynalı hərbiçinin sərbəst buraxılması barədə məlumat yayıb.

Qarşı tərəfdən isə, 222 nəfər sərbəst buraxılıb. Ukrayna rəsmiləri daha 4 nəfərin isə, bu gün azadlığa qovuşacağını deyib.

Girovların dəyişdirilməsi əməliyyatı Konstantinovki şəhəri yaxınlığında keçirilib.

Bir qədər əvvəl Belarusun paytaxtı Minskdə tərəflər girovların buraxılmasına dair razılığa gəlmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol