Menu

Bakıda güclü partlayış: yaralılar var

27.12.2014, 10:28
Bakıda güclü partlayış: yaralılar var

Bu gün səhər saatlarda Abşeron rayonunda yaşayış mənzillərinin birində ev partlayıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər ev sakini ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Lakin hadisənin dəqiq səbəbləri bilinmir. Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol