Biz düşmənə qarşı qətiyyətlə mübarizə aparırıq və xalqın dəstəyi ilə onu diz çökdürəcəyik.
İran mediasınını məlumatına görə, bunu İranın ali rəhbəri Seyid Əli Xamenei deyib.
İsrail ilə 12 günlük müharibə zamanı həlak olanların ailələri ilə görüşdə Xamenei bildirib ki, milli valyutanın dəyərinin düşməsinə görə etirazlar əsaslıdır. "Sahibkarlar belə şəraitdə işləyə bilməyəcəklərini deyəndə haqlıdırlar. Dövlət rəsmiləri bunu qəbul edirlər və mən bilirəm ki, hörmətli Prezident və digər yüksək vəzifəli şəxslər bu problemin həlli üzərində işləyirlər".
Onun sözlərinə görə, bəzi qüvvələr yalan iddialar irəli sürərək ölkəyə, rəsmilərə, hökumətə və ya millətə nəyisə qəbul etdirmək istəyirlər: "Hər bir insan buna qarşı qətiyyətlə dayanmalıdır, biz düşmənə boyun əyməyəcəyik".
“Etiraz edənlə dialoq aparılır. Hakimiyyət etiraz edənlə danışmağa borcludur. Amma talançı ilə danışmağın mənası yoxdur. Talançını yerinə oturtmaq lazımdır”, - deyə o, bildirib.
Qeyd edə ki, İran Prezidenti Məsud Pezeşkian da ictimai narazılığı etiraf edərək, mövcud problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib və rəsmiləri ABŞ kimi xarici aktyorları günahlandırmamağa çağırıb.
Pezeşkian bildirib ki, problemlərin həlli yanaşmalardan asılıdır: "İctimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahı ABŞ-də və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir".
"AzPolitika.info"

Şərhlər
Deyirəm nə tərdə yalan danışır.
Düşmənin nə qədər zəif olduğu, onun vəziyyətdən sui-istifadə edərək şər-böhtan, yalan, həqiqətdən kənar videoları paylaşmağından bəlli olur.
Deyirəm bu Xomeneyi niyə bir salavat çevirib ölkədəki problemləri jəll rtmir.