Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən oğurlanmasından sonra rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasını vitse-prezident Delsi Rodrigezə həvalə edilib.

"AzPolitika" xəbər verir ki, Venesuelanın Ali Məhkəməsi və hökumət bununla bağlı olaraq qərar verib.

Buna səbəb kimi qeyd olunub  ki, qərar prezidentin qəfil yoxluğu ilə bağlı rəhbərlik üçün uzunmüddətli hüquqi bazanın müzakirəsi fonunda inzibati davamlılığı və milli müdafiəni təmin etmək məqsədi daşıyır.

Karakasda keçirilən mərasim zamanı Rodrigez bəyanatla çıxış edib. O, Venesuelanın heç kimin müstəmləkəsi olmayacağını və suverenliyini müdafiə edəcəyini bildirib.

Rodrigez bundan başqa prezident Nikolas Maduro və həyat yoldaşının azad edilməsini tələb edib.

Rodrigez Maduronun ölkənin qanuni prezidenti olaraq qaldığını bildirib.