"Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:
"Əgər ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdırsa, o zaman 2025-ci ildə həmin ailə üçün 1425 manat (5 nəfər x 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanırdı. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat - 900 manat) idi. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o proqram çərçivəsində ayda dövlətdən orta hesabla 525 manat yardım ala bilirdi".
V.Bayramov vurğulayıb ki, amma sözügedən məbləğ bu ildən artacaq. Onun sözlərinə görə, həmin ailə üçün ehtiyac meyarı bu ildən 1500 manata yüksəlir (5 nəfər x 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı, ailənin yenidən müraciət hüququ yarananda aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat - 900 manat) olacaq".
Deputat söyləyib ki, hazırda 76 min aztəminatlı ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.
"AzPolitika.info"

Şərhlər
Menimde sosial yardima ehtiyacım var 3 azyaşlı usaqa baxiram heç bir gəlirimiz yoxdur
Sosial alanların əksəriyyəti imkanlı şəxslərdən ibarətdir
Salam.mən avtobus şoferi işləyirəm. 5 nəfərdən ibarət ailəyə sahibəm.dövlətin təyin etdiyi yardımdan mən və mənim ailəmdə faydalanmaq istəyir.necə köməklik edə bilərsiz.
Biz ailədə 4 nəfərik 2 uşaq yoldaşım mən heç biri yerdən gelirmiz yoxdu bidə pensiyaner qaynanam var bizədə verilse yaxşı olar uşaq pulu
Azərbaycan Respublikası Baki şəhəri Bülbülə qəsəbəsi NƏRİMAN NƏRİMANOV küçəsi ev ev 23 tel 077 302 31 64
Salam.5 nəfərik ailədə tək özüm işləyirəm.380azn əməkhaqqı alıram .Sosial yardımçün mütaciət elədim,imtina gəldi ki,ata evinə vərəsəsən.Ata evim qardaşıma məxsusdu
Salam bizim ailə 7 nəfərdən ibarətdir kirayədə qalırıq bir oğlum işləyir o biri oğlum vətən müharibəsi veteranıdır 80 manat pensiya alır heçnə çatdıra bilmirik bizə necə kömək edə bilərsiniz çox çətin bir vəziyyətdir xahiş edirəm mənim müraciətini nəzərə alasiniz təşəkkür edirəm
3usaqim var ailədə 6 nəfərik biz necə edə bilərik yardım üçün heç yerdən gəlirimiz yoxdu
Yoldaşım 2-ci qurup Qarabağ əlilidir 4 uşağım var 2 si azyaşlıdır mənə sosyaldan imtina gəlib ki üstündə torpaq var
Admin, Ünvanınızı da qeyd edin ki, müaviq təşkilatlar nəzərə ala bilsin.
Salam biz 5 nəfərin 3 uşaq yoldaşım və mən yoldaşım yaşıllaşdırma da fəhlə işləyir maşında 400 AZN di amma bizə başqa gəlirimiz də yoxdur bizə 478 azn verdilər dekabrda vaxdi kutarib yanvarda tezdən müraciyət edəcəyik
Ele Aıleler var menım kımı hec yerden pul almırık ,yoldawımda ınsult olub bır defe, özümünde ayaxım 2 defe 2 ıl dalba dal sındı, kücle ayaxa galxdım, amma bır ıwe yaramıram, evladım Gazaxda kollecde oxuyur, bır gızım var onunda 10 yawı var, bu yardımlardan bızede verılse yaxwı olar ,sızden xahıw edırem bızıde nezere alın veziyyet cox pısdı dolana bılmırık..
Admin: Ünvan və ya əlaqə nömrənizi də qeyd edin ki, müafik təşkilatlar nəzərə ala bilsin.
Vüqar müəllim,bütün bunları deməklə Siz, insanları zəhmətsiz gəlirə təşviq edirsiniz. Minimum əmək haqqı bəsimdir deyib ÜSY dalınca qaçırıq. Halbuki daha çox çalışıb daha çox əmək haqqı almaq olar.ÜSY-ı isə uşaq pulu ilə əvəzləmək lazımdır.