Menu

YENİ METRO STANSİYASI BU ƏRAZİLƏRDƏ OLACAQ - Xırdalan sakinlərinə şad xəbər + VİDEO

08.01.2026, 21:28
YENİ METRO STANSİYASI BU ƏRAZİLƏRDƏ OLACAQ - Xırdalan sakinlərinə şad xəbər + VİDEO

Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziyasının (AzTV) videomaterial hazırlayıb.

Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir. Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir. Bu səbəbdən metroda inkişaf əsasən "bənövşəyi" xətt üzrə nəzərdə tutulur.

Yeni stansiyalar "Nizami"də "yaşıl" xətlə, "Sahil" stansiyası yaxınlığından isə "qırmızı" xətlə kəsişmə yaradacaq.

Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya ("Xocasən" və "Avtovağzal" stansiyalarında - red.) daxil olduqdan sonra şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək.

Yeni metro stansiyaları "bənövşəyi" xətlə yanaşı "yaşıl xətt" istiqamətində də olacaq.

Bildirilir ki, "yaşıl" xəttin üzərində Ağ şəhər, NZS, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. "Bənövşəyi" xətt üzrə "B-04" stansiyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.

Şərhlər

Müəllim 2026-01-14 14:50:12

Məncə badamdar istiqamətdə lazım idi olmalıdır əslində

Melikova Melahet 2026-01-09 02:08:56

Esas tixac ve insanlarin eziyyet cekdiyi yer Masazir ve Xirdalan yoludir.

Telman 2026-01-09 01:51:03

Burada ümumiyyətlə Xırdalan və yaxud bu istiqamətdən söhbət getmir. Başlığa uyğun heç bir şey yoxdur.

Asif 2026-01-08 21:35:29

Kul sitin basiniza). Mentiasiz suursuz olke idare olunur

Cəmşid Dərələyəzli 2026-01-08 17:39:36

Nədənsə Bakıxanov qədəbəsi həmişə planlaşmadan kənarda qalır. üç stansiyanın Ağşəhər çevrəsinə salınması məntiqsiz gəldi. Zaten o zonada əhali sıxlığı da bir o qədər deyil.

Yeraltı üzəri Biznes... 2026-01-08 15:47:02

Yeraltı metro tunelləri təbii ki, yüz kilometrlik Ağrıdağın altına deyil, daha yaxın Masazıra, Xırdalana, Bakmildən Dərnəgül, ya Ulduza elə sentyabr ayına qədər açılsa, o biri 2027ci ilə Abşeronun Bakı Bulvarına tıxacı zəiflər? Əlavə, biri digərindən azı 6-12 metr aralı ikitərəfli Sumqayıt bulvarından Bakıya Tramvay xəttləri Abşeron təmərküzünə nəfəs kappilyarı-dəhlizi olardı? Bu böyük daha güclü Dünya deyil, ölkəmizə gərəkdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol