Menu

"Xalqın tələblərini dinləyin" - İran Prezidentindən çağırış

09.01.2026, 08:37
"Xalqın tələblərini dinləyin" - İran Prezidentindən çağırış

İran Prezidenti Məsud Pezeşkian ölkədə 10 gündən artıq davam edən etiraz aksiyalarında iştirak edənlərə qarşı təhlükəsizlik qüvvələrini maksimal dərəcədə soyuqqanlı olmağa və zorakılıqdan çəkinməyə çağırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Al-Araby" telekanalı məlumat yayıb. Prezident vurğulayıb: "Zorakılıq və məcburetmə üsullarından imtina etmək vacibdir. Ən yüksək səviyyədə təmkin nümayiş etdirilməli, dialoq yolu ilə dinc əlaqə qurulmalı və İran xalqının haqlı tələbləri nəzərə alınmalıdır". 

Xatırladaq ki, yanvarın 8-də Tehran, Təbriz və Məşhəd şəhərlərində kütləvi nümayişlər baş verib. Paytaxtda etirazçılar Ayətullah Kaşani prospekti, Yusif Abad və Azadi meydanı ətrafında toplanaraq hökumət əleyhinə şüarlar səsləndirib və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. 

Keçmiş şahın oğlu, xaricdə yaşayan müxalifət lideri Şahzadə Rza Pəhləvi cümə axşamı günü yeni tətil və aksiya çağırışları edib. "Al-Araby" qeyd edir ki, bu etirazlar 2022-2023-cü illərdə Məhsa Əminin ölümü ilə bağlı baş vermiş genişmiqyaslı iğtişaşlardan sonra İranda ən böyük narazılıq dalğasıdır.

Dekabrın sonundan başlayan etirazlar iqtisadi böhran – rialın kəskin ucuzlaşması, inflyasiya və sanksiyalar fonunda sürətlə yayılıb və bütün 31 vilayətə çataraq siyasi xarakter alıb. Hüquq müdafiəçilərinin (HRANA, Amnesty International) məlumatına görə, toqquşmalarda ən azı 45 nəfər həlak olub, o cümlədən uşaqlar, 2200-dən çox insan həbs edilib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz, canlı güllə və hətta xəstəxanalara basqınlar tətbiq edib. 

Yanvarın 8-də ölkədə tam internet kəsintisi qeydə alınıb ki, bu da etirazların koordinasiyasını çətinləşdirib. Rza Pəhləvi yanvarın 8-9-da axşam saat 20:00-da evlərdən və küçələrdə birlikdə şüar səsləndirməyə çağırıb və bu çağırışa cavab olaraq milyonlarla insan iştirak edib. ABŞ Prezidenti Donald Tramp etirazçılara dəstək verərək hökuməti xəbərdar edib, İsrail rəsmiləri isə İran xalqının "öz taleyini ələ almasını" alqışlayıb. Ekspertlər bu dalğanı rejim üçün ən ciddi təhdid kimi qiymətləndirir və 2026-cı ilin "azadlıq ili" ola biləcəyini proqnozlaşdırır.

Şərhlər

Cəmşid Dərələyəzli 2026-01-09 13:13:24

Son günler İranda xalqın rejimə qarşı etirazları 10 günden çoxdur davam edir və getdikcə etirazlar bütün ölkəni sarır. Belə bir vəziyyət də İran Prezidenti Məsud Pezeşkian "Zorakılıq və məcburetmə üsullarından imtina etmək vacibdir. Ən yüksək səviyyədə təmkin nümayiş etdirilməli, dialoq yolu ilə dinc əlaqə qurulmalı və İran xalqının haqlı tələbləri nəzərə alınmalıdır" deyə yetgililere müraciət edir.
Etirazlar başlayandan belə fikirləri Pezeşkiyan bir neçə dəfə səsləndirib. Hətda bir dəfə də deyib ki, xalqın sosial tələblərini indiki beynəlxalq sanksiyaların sürdüyü bir vaxtda həll etmək mümkünsüzdür. İndi də deyir xalqın haqlı tələbləri nəzərə alınmalıdır. Kimə deyir bunları, təbii ki həm də özünə. Çünki, özü də rejimin ikinci adamıdır ya. Düzdür insan kimi yaxşı insandır. Cəsurdur, qorxmazdır, humanistdir və ən əsası da milli kimliyini İran kimi bir ölkədə çəkinmədən hər dəqiqə gözə soxan bir şıxsdir. Amma Rejimin ikinci adamıdır və nə yazıq ki, xalqın haqlı tələblərini həyata keçirəcək nə gücdədir, nə də səlahiyyətdədir.Ona görə də vəziyyəti nəzərə alıb, ən pis halda Pezeşkiyan istrfa verib xalqın haqlı tələblərində onun yanında olmalıdır. Başında demirəm, çünki Pezeşkiyan rejimin şilnelinden çıxıb, xalqın yox.
İnşallah İran xalqı nəhayyət də öz məqsədinə çatıb, indiki şər və şeytan rejimdən qurtulub, özlərinə sivil və dünyəvi bir dövlət qurarlar.

Cəmşid Dərələyəzli 2026-01-09 10:16:40

Son günler İranda xalqın rejimə qarşı etirazları 10 günden çoxdur davam edir və getdikcə etirazlar bütün ölkəni sarır. Belə bir vəziyyət də İran Prezidenti Məsud Pezeşkian "Zorakılıq və məcburetmə üsullarından imtina etmək vacibdir. Ən yüksək səviyyədə təmkin nümayiş etdirilməli, dialoq yolu ilə dinc əlaqə qurulmalı və İran xalqının haqlı tələbləri nəzərə alınmalıdır" deyə yetgililere müraciət edir.
Etirazlar başlayandan belə fikirləri Pezeşkiyan bir neçə dəfə səsləndirib. Hətda bir dəfə də deyib ki, xalqın sosial tələblərini indiki beynəlxalq sanksiyaların sürdüyü bir vaxtda həll etmək mümkünsüzdür. İndi də deyir xalqın haqlı tələbləri nəzərə alınmalıdır. Kimə deyir bunları, təbii ki həm də özünə. Çünki, özü də rejimin ikinci adamıdır ya. Düzdür insan kimi yaxşı insandır. Cəsurdur, qorxmazdır, humanistdir və ən əsası da milli kimliyini İran kimi bir ölkədə çəkinmədən hər dəqiqə gözə soxan bir şıxsdir. Amma Rejimin ikinci adamıdır və nə yazıq ki, xalqın haqlı tələblərini həyata keçirəcək nə gücdədir, nə də səlahiyyətdədir.Ona görə də vəziyyəti nəzərə alıb, ən pis halda Pezeşkiyan istrfa verib xalqın haqlı tələblərində onun yanında olmalıdır. Başında demirəm, çünki Pezeşkiyan rejimin şilnelinden çıxıb, xalqın yox.
İnşallah İran xalqı nəhayyət də öz məqsədinə çatıb, indiki şər və şeytan rejimdən qurtulub, özlərinə sivil və dünyəvi bir dövlət qurqarlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol