Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) yeni rəis müavini təyin olunub.
O, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, bu vəzifəyə Əliağa Əzizov təyinat alıb.
Yeni rəis müavini kollektivə təqdim edilib.
Xidmət rəisi Rafiq Aslanov qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi. Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir.
Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.
Qeyd edək ki, Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda "Su ehtiyatlarının idarə edilməsi" üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib.
2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da "Elm və innovasiya" sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir.
"AzPolitika.info"




Şərhlər
Hə xalqın gözü aydın yiyib dağıdırlar sonra yeyintinin silmək üçün güya kimisə günahlandırıb işdən çıxardıb yerinə başqasını təyin edilir yada ki idarənin adını dəyişirlər ki vergi verməsinlər