Menu

"İrandakı hadisələr Ukrayna üçün faydalıdır" - Ekspert

14.01.2026, 13:17
"İrandakı hadisələr Ukrayna üçün faydalıdır" - Ekspert

Şimali Koreya Rusiyanın cəbhədəki bütün ehtiyaclarını müstəqil şəkildə ödəyə bilməyəcək.

Bunu hərbi ekspert Denis Popoviç Tehrandakı etirazları şərh edərkən bildirib.

O qeyd edib ki, İrandakı etirazlar Ukrayna üçün faydalıdır, çünki ölkədə rejim dəyişikliyi olarsa, Tehran Moskvaya hərbi tədarükü dayandıra bilər.

"Hər şey bir-biri ilə bağlıdır İran süqut etsə, Rusiyanın problemləri olacaq. Amma Şimali Koreyanın Rusiyaya yardımı məsələsi qalır. Lakin Şimali Koreyanın Ukraynadakı cəbhəni təchiz etmək qabiliyyəti, olduqca şübhəlidir", - deyə Popoviç əlavə edib.

"Bloomberg" əvvəllər İranın Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satdığını bildirmişdi.

Qeyd olunur ki, bunlara ballistik raketlər və yer-hava raketləri daxildir. Rusiya həmçinin İranla Şahid dronları üçün 1,75 milyard dollarlıq müqavilə imzalayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol