Menu

Kadırovun oğlu qəzaya düşüb? - Reanimasiyada olduğu iddia edilir

16.01.2026, 22:21
Kadırovun oğlu qəzaya düşüb? - Reanimasiyada olduğu iddia edilir

Çeçenistan müxalif “Telegram” kanallarında Ramzan Kadırovun kiçik oğlu Adam Kadırovun avtomobil qəzasına düşdüyü və vəziyyətinin ağır olduğu haqda xəbər yayılıb.

"AzPolitika" xəbər verir ki, məlumatda qəzanın ardından Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu deyilir.

Adam Kadırovun reanimasiyada olduğu və Moskvaya aparıla biləcəyi də iddia edilir. 

Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar, eləcə də Ramzan Kadırov tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol