Davos Forumuna qatılan Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycanla münasibətlərə dair açıqalma verib.
“AzPolitika” xəbər verir ki, Ermənistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin “biz sülh naminə siyasi iradə və cəsarət nümayiş etdirmişik” fikirlərilə razılaşdığını deyib.
O, Davosda keçirilən panel müzakirəsində deyib: "30 ildən çoxdur görmədiyimiz bir vəziyyətdə yaşayırıq. İki il, hətta bir il əvvəl buna nail ola biləcəyimizi düşünmək ağlasığmaz olardı. Hazırda Azərbaycandan yüklər Gürcüstan vasitəsilə Ermənistana gedir və əminəm ki, bir gün onu birbaşa öz ərazimizdən daşıya biləcəyik. Bu, bizə Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri yaratmağa və 1990-cı illərin problemlərini aradan qaldırmağa imkan verəcək. Ən əsası, biz irəli baxırıq. Keçmişə nəzər salsaq və baş verənlərin səbəblərini axtarsaq, fürsətləri əldən verəcəyik. Biz bunu qiymətləndiririk və qəbul edirik. Prezident Əliyevin qeyd etdiyi kimi, biz sülh şəraitində yaşamağı öyrənməliyik və sizi əmin edə bilərəm ki, bu da bizim üçün qeyri-adi və yeni bir reallıqdır".
“AzPolitika.info”

Şərhlər