Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım bölgəsindən və döyüşlər gedən Donbasdan, eləcə də ona bitişik ərazilərdən 614 mindən artıq ukraynalı qaçqıın düşüb. Bu barədə qurumlararası koordinasiya qərargahı məlumat yayıb.
Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Donetsk və Luqansk vilayətlərindən 595 mindən artıq, Krım və Sevastopoldan təxminən 20 min insan başqa, təhlükəsiz yerlərə pənah aparıb.
Köçkünlər hazırda Xarkov, Donetsk, Dnepropetrovsk, Zaporojye vilayətlərində, eləcə də Kiyev vilayətində və paytaxtda məskunlaşıblar.
Məcburi köçkünlərin sayı ilə bağlı əvvəllər başqa rəqəmlər açıqlansa da, Ukraynanın Sosial Siyasət Nazirliyi dekabrın 22-nə olan son durumda Donbas və Krımdan 736 mindən artıq köçkünün qeydiyyata alındığını bildirib.


Şərhlər