"Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq".
“AzPolitika” bildirir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır:
"Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır.
Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq".
Deputat vurğulayıb ki, bəzi qurumlarda eyni vəzifə üzrə çalışan şəxslərin maaşları bir-birindən fərqlənir:
"Bu çərçivədə Vahid Tarif Cədvəlinin yenidən təsdiqi dövlət sektorunda maaşların optimallaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda, oxşar vəzifələr arasında mövcud olan maaş uçurumunu aradan qaldıracaq".
"AzPolitika.info"

Şərhlər
Adamın güləsi gəlir bu orta aylııq əməkhaqkı sözünə.nə vaxta qədər ələsalacaqsınız mənim kimi 450 manat alanları.dünyanın harasımda var bu orta aylıq əməkhaqkı kavramı.mən ayda 1100 manat necə alıram göstər görək ay Vüqar məılim
Qardaş. düz.deyir. həqiqətən. 5.ildi. bizim. əmək. haqımız .artmır. beş.dəfə. ərzaqların. qiyməti .qalxıb.axı.biz .illərdi. dənizdə. suyun .icində. yaşayırıq. başqa .ölkədən gəlib .bizimlə. ciyinciyinə.işləyirlər.bizə .gülürlər .deyirlər. bizdə. süpürkəcilər. sizdən.cox .əmək.haqı. alırlar.xahiş. edirəm.bizimdə.əmək .haqımızı.yüksəldəsiniz
Orta aylıq əmək haqqı nədir? Bax tutaq ki nazirlər ,deputatlar ət yeyir, biz isə adi kələm yarpağı .Ümumu götürəndə əhali nə yeyir ? kələm dolması yeyir. Bax orta əmək haqqı bu deməkdi
Orta tibb işçisiyem maaş çox zeifdi
Tibb işçilərinin maaşı nə zaman artacaq?
Dəmiryolu işcisiyəm bizim maaşlar ən aşagı vəziyətdədi
Dövlət qurumlarına bağlı bəzi özünü maliyyələşdirən idarə və təşkilatların maaş sistemi də bərbad gündədir. Eyni işi görən, amma fərqli maaş alanlar da çoxdur. Buna maliyyə nazirliyi və ya auditorlar palatası niyə göz yumur, heç kim bilmir.
Tarixən əməyin natural məhsula görə (sdelni?) və işə sərf rdilən zamana muzd (po vremeni?) ödənişi məlumdur. Hazırda əksər ölkələrdə əmək haqqı 0 dan 19 dərəcə əmsalı da daxil fərqlənən əmək qabiliyyəti, peşəkarlıq taifləri üzrə ödənilir. Ehtimal ki, bizim özƏL iqtisadi istehsal Korifeylərini çoxdərəcəli tariflər, nəinki dəqiqə, saatlıq ödəniş hesabatları qane etmir?
Başa düşmürük bəs büdcəni dolduran gecə gündüz aylarla ailəsinin üzünü görməyən gəmi ilə dənizlərdə yırğalanaraq Qusa Qusa işləyib büdcəni dolduran 5 ildi əmək haqları artırılmayan gəmiçilərin əmək haqqını nə vaxt qalxacaq vicdanınız olsun . Başqa ölkəni demirəm Xəzər yanı ölkələrlə müqayisə edin Gəmiçilikdə belə az əmək haqqı heç bir yerdə yoxdur