Baş Prokurorluq yanvarın 25-də Xətai rayonunda törədilmiş cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

“AzPolitika” bildirir ki, Baş Pokurorluğun Mətbuat xidmətindən verilən məlumatya görə, Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib. E.Əlizadə Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

***

Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

"Teleqraf"-ın verdiyi məlumata görə, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.