Menu

Almaniyalı terror mütəxəsisi İŞİD-dən yazdı

28.12.2014, 00:06
Almaniyalı terror mütəxəsisi İŞİD-dən yazdı

Terror mütəxəsisi, Almaniyanın keçmiş deputatı Yurgen Tedenhofer İŞİD haqqında kitab yazmaq üçün təşkilatın liderlərinin fikirlərini öyrənib. Musavat.com-un məlumatına görə, O, İŞİD-in demokratiyaya inanan müsəlmanları da yox etmək istədiyini iddia edib.

İŞİD haqqında kitab yazan eks deputat İraq və Suriyada Təşkilatın liderləri ilə görüşüb. Tedenhofer qeyd edib ki, İŞİD-i yalnız İraq sünnüləri zərərsizləşdirə bilər. Tedenhofer əvvəlcə internet vasitəsiylə İŞİD liderlərindən öldürülməyəcəyi haqqında təminat istəyib. Sonra isə oğlu ilə birlikdə İraq və Suriyaya gedərək İŞİD liderləri ilə görüşüb.

O bildirib ki, İŞİD-in məqsədi qeyri-islam dininə inanan insanları məhv etməkdir.

Tedenhofer deyib: "İŞİD-ə hər gün dünyanın müxtəlif ölkələrindən 50-yə yaxın adam qatılır. Təşkilata qatılanların sayı burdan getmək istəyənlərdən qat-qat çoxdur. İŞİD Mosulda daha güclüdür və nəzarəti özündə saxlayır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol