Menu

Bakının məşhur otelində CİNAYƏT

28.12.2014, 11:22
Bakının məşhur otelində CİNAYƏT

Bakının mərkəzində yerləşən otellərdən birində oğurluq olub. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən Rusiya Federasiyası vətəndaşı Vladimir Keçkov bildirib ki, Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən “Fairmoint” otelində xeyli miqdarda pulu oğurlanıb.

Bakıya turist kimi gəldiyini və oktyabrın 11-dən Azərbaycanda olduğunu bildirən şikayətçi əlavə edib ki, otel nömrəsindən stolun üstündən 200 dollar və 20 min rublu götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol