Menu

Bilal Ərdoğan biznesindən danışdı – “Bakıda da restoran açmağı planlaşdırırq”

30.01.2026, 11:22
Bilal Ərdoğan biznesindən danışdı – “Bakıda da restoran açmağı planlaşdırırq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Bakıda restoran açmağa hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bu barədə onun özü qatıldığı ictimai proqramların birində məlumat verib. İştirakçıların suallarını cavablandıran Ərdoğan, qida sektorunda biznes fəaliyyəti ilə məşğul olduğunu deyib.

“İlk dəfə 2007-ci ildə ABŞ-də olarkən ortaq dostlarımızın işi ilə maraqlandım, onlarla birlikdə çalışa biləcəyimi söylədim, daha sonra Türkiyədə restoranlar açdıq. İl yarın əvvəl isə Dubayda ilk restoranımız fəaliyyətə başlayıb. İnşallah növbəti ünvan – Bakıda da restoran açmağı planlaşdırırq”, - Türkiyə Prezidentinin oğlu deyib.

Xatırladaq ki. B.Ərdoğan Azərbaycana tez-tez işgüzar səfərlər edir və bu cəmiyyətdə maraqla qarşılanır.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol