Menu

Jurnalisti evindən ayaqyalın aparıblar

28.12.2014, 14:08
Jurnalisti evindən ayaqyalın aparıblar

Dekabırın 27-də və 28-də "Azadlıq" Radiosunun Bakı Bürosunun demək olar ki, bütün əməkaşlarının mənzilinə polis gəlib. Əldə olunan məlumata görə, polisə nəyin bahasına olursa-olsun, "Azadlıq" Radiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, "Azadlıq" Radiosunun bütün jurnalistləri dekabırın 29-da vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.

Bu səhər "Azadlıq" Radiosunun əməkdaşı, Kamran Mahmudovu zorla öz mənzilindən aparıblar, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar.

Onun həyat yoldaşı Lətifə Mahmuova "Azadlıq" Radiosuna telefonla deyib ki, səhər saatlarında 2 polis zabiti gəlib, onlar qonşularla maraqlandıqlarını desələr də, zorla mənzilə giriblər, qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs ediblər. Kamran Mahmudov dindirilmək üçün Yasamal rayon prokurorluğuna aparılıb.

Bu səhər "Azadlıq" Radiosunun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da əvvəlcə polis məntəqsinə, sonradan isə istintaqa aparılıb.

"Azadlıq" Radiosunun digər iki əməkdaşı Cingiz Sultansoy və Vüsalə Mehdiyeva da həmçinin əvvəlcə yerli polis məntəqəsinə, sonra onları prokurorluğa aparılıblar.

"Azadlıq" Radiosunun 10-a yaxın əməkdaşı hazırda Prokurorluq orqanları tərəfindən dindirilir. Radionun vəkili Yalçın İmanov Prokurorluq tərəfindən jurnalistlərin müdafiəsindən dərhal kənarlaşdırılıb.

Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəkilə bildiriblər ki, o, işdən kənarlaşdırılır və şahid qismində ifadə verməlidir. Radionun əməkdaşları faktiki olaraq, vəkilsiz qaliblar.

Dekabırın 28-də, Azadlıq Radiosunun prezidenti və baş redaktoru Nenad Pejic radionun jurnalistlərinə qarşı aparılan hücümları mənəvi terror kimi qiymətləndirib. ("Azadlıq" Radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol